USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bu həftə Moskvada neokolonializmin müasir təcrübələri ilə mübarizə tərəfdarlarının Forumu keçirilib. Tədbirdə nə barədə danışıblar və bu Azərbaycan üçün nə üçün vacibdir, məqalədə oxuyun.
Baxmayaraq ki, dünya kolonial sistemi hələ XX-ci əsrin ortalarında dağılsa da, bir çox keçmiş koloniyalar indiyənədək həqiqi azadlıq əldə etməyiblər. Klassik kolonializmin yerinə neokolonializm gəlib.
Müasir neokolonial təcrübələr müxtəlif formalar alır. Onların bələdçiləri başqa dövlətlərin daxili işlərinə qarışır, beynəlxalq problemlərin həllində güc tətbiq edir, onlara müqavimət göstərmək istəyənlərə qanunsuz məhdudiyyətlər qoyurlar.
Keçmiş metropollar Qərbi Afrikada, Yaxın Şərqdə və digər regionlarda fəaliyyət göstərirlər. Belə ki, Cənubi Qafqazda ABŞ və Aİ-nın təzyiqi ilə Azərbaycan üzləşir: ölkə ərazi bütövlüyünü bərpa etdiyi üçün qərb liderləri bizi sanksiyalarla hədələyir. Ona görə də Bakı hələ həqiqi suverenlik əldə etməyən dövlətlərlə həmrəy olduğunu bildirir.
“Biz neokolonializmlə mübarizə aparan ölkələrin yanında olmalıyıq” – Azərbaycan Prezidenti İlham Əliyev özünün andiçmə mərasimində deyib. Dövlət başçısı qeyd edib ki, bizim ölkəmiz neokolonial təcrübəyə birdəfəlik son qoymaq üçün onları dəstəkləyib və dəstəkləyəcəkdir.
Həmçinin İlham Əliyev əlavə edib ki, Azərbaycan onun ünvanına təzyiqə adekvat cavab verməyə hazırdır. “Neokolonializmin başında duranlar bilsinlər ki, onlar bizimlə soyuq müharibəyə əbəs yerə başlayıblar” – o xəbərdarlıq etdi.
Qərb ölkələrinin neokolonial siyasəti digər dövlətləri tamamilə əsaslı şəkildə narahat edir. Təsadüfi deyil ki, Moskvaya “Millətlərin Azadlığı Naminə” Birinci Beynəlxalq Foruma 50-dən çox ölkədən nümayəndələr gəliblər.
Forumda Asiya, Afrika, Latın Amerikası, Yaxın Şərq, Avropa və MDB ölkələrinin aparıcı siyasi qüvvə və təşkilatlarının 400-dən çox nümayəndəsi iştirak edib. Tədbirdə neokolonializmə qarşı mübarizənin siyasi və hüquqi, maliyyə və iqtisadi aspektlərini, onun informasiya məkanında və humanitar sahədə destruktuv təzahürlərini, həmçinin kənardan qeyri-qanuni müdaxilə üsullarını müzakirə ediblər.
Tədbirdə Azərbaycanı Milli Məclis sədrinin birinci müavini, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Nizami Səfərov təmsil ediblər.
Sonuncu öz çıxışında Azərbaycana qarşı neokolonial ekspansiyanın formaları və üsulları haqqında danışıb. Səfərov xatırladıb ki, qərb ölkələri, ilk növbədə Fransa, 30 il ərzində bizim daxili işlərimizə qarışmağa çalışıblar. Bu məqsədlə Azərbaycanın Vətən Müharibəsində qələbəsindən sonra bəzi beynəlxalq oyunçular Ermənistandan silah kimi istifadə etmək üçün onun tərəfini tutdular.
Müzakirələrin nəticəsi üzrə nümayəndələr əsl dekolonizasıya proseslərini təşviq etmək üçün ümumdünya hərəkatı yaratmaq qərarına gəldilər. Nəzərdə tutulur ki, onun işində bütün qitə ölkələrindən siyasi partiyaları, ictimai təşkilatları, ekspertləri və biznes nümayəndələri iştirakı edəcəkdir.
Ümid edirik ki, belə həmrəylik öz bəhrəsini verəcəkdir və ədalətli dünya nizamına dair arzu həqiqət olacaqdır. Sonda bundan hamı faydalanacaqdır: yalnız həqiqi dekolonizasiya Yer kürəsinin hər sakimi üçün davamlı gələcəyə zəmanət verə bilər.
Bir cavab yazın