![]() | 1,70 | 0,00% |
![]() | 1,85 | –0,08% |
Samux Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən Yevlax şəhər sakini Ceyhun Qasımovu saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onun üzərindən 7 kiloqram müxtəlif növ narkotik vasitə, o cümlədən tiryək, heroin, marixuana və metamfetamin aşkar edilərək götürülüb.
İstintaq müəyyən edib ki, C.Qasımov pul mükafatı müqabilində qadağan olunmuş maddələri Bakıya çatdırmaq məqsədi ilə Samux rayonuna gəlib. Hazırda faktla bağlı cinayət işi açılıb, istintaq hadisənin bütün hallarının aydınlaşdırılması istiqamətində işini davam etdirir.
Bir cavab yazın