USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Fövqəladə Hallar Nazirliyinin Hövsan kəndindəki İdman və Bədən tərbiyəsi Mərkəzində 21 yaşadək yeniyetmə cüdoçular arasında Bakı birinciliyi keçirilmişdir. Paytaxtın 34 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 169 cüdoçu qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb. Yarışın qalibləri Azərbaycan çempionatında iştirak edəcəklər.
Qızlar arasında öz çəki dərəcələrində birinci yerləri Xumar Qasımzadə, Məryəm Əlizadə, Gülnarə Bayramova, Sevda Nəbiyeva və Nigar Əlibəyli tutublar. Kişilərin yarışında qızıl medalı Mehdi Tağıyev, Elton İmranov, Bəhram Qurbanlı, İbad Əmirov, Məmməd Əzizbəyov, Tuncay Şamil, Nihad Şıxəlizadə və Eldar Əliyev qazanıb.
Bir cavab yazın