USD1,700,00%
EUR1,85–0,08%

Yeni müəssisələrin sayı artır


 |  admin  | 

2024-cü ilin yanvar-mart ayları arasında Azərbaycanda 2825 yeni müəssisə qeydiyyata alınıb. Bunlardan 2544-ü (90,1%) yerli investisiyalar, 281-i (9,9%) isə xarici investisiyalar hesabına yaradılıb. 2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 147 yeni müəssisə və təşkilat, 2662 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.

Biznesin inkişafı üçün bu ilin birinci rübündə ölkə iqtisadiyyatına 3,8 milyard manat investisiya yönəldilib ki, bu da ötən illə müqayisədə 4% çoxdur. Bundan başqa, iqtisadiyyatın dəstəklənməsi çərçivəsində ilin əvvəlində Prezident İlham Əliyev Rəqabət Məcəlləsini təsdiq edib, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması 2025-ci il yanvarın 1-dək uzadılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı