USD1,700,00%
EUR1,85–0,08%

Yeni dərs ili – sürücülər üçün təhlükə


 |  admin  | 

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual Nəzarət Mərkəzi yeni tədris ili ilə əlaqədar gücləndirilmiş iş qrafiki elan edib. Mərkəzin əməkdaşları paytaxtın küçə və prospektlərində təhsil müəssisələrinin yaxınlığında və onların ərazisində olan yollara kameralar vasitəsilə nəzarət edəcəklər. Tıxac problemi yol polisi ilə daimi məlumat mübadiləsi yolu ilə həll olunacaq.

Bakılılara məktəb və universitetlərin ətrafında parklanma qaydaları da xatırladılıb. Bütün pozuntular kameralar vasitəsilə qeydə alınacaq və qaydanı pozanlar inzibati məsuliyyətə cəlb olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı