USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 27,7 milyon ABŞ dolları dəyərində 35 362 ton xurma ixrac edilib ki, bu da ötən illə müqayisədə dəyər ifadəsində 88,3%, kəmiyyət ifadəsində isə 74,5% çoxdur. Azərbaycan xurmasının ixrac qiyməti $58 (98,6 manat) artaraq $785 (1 334 manat) təşkil edib.
Xurma Azərbaycanın kənd təsərrüfatı məhsulları arasında ixracda liderlər siyahısına daxildir. Eyni zamanda, ölkəmiz xurma istehsalçıları və ixracatçıları arasında Çin və Cənubi Koreyadan sonra dünyada üçüncü yeri tutur.
Bir cavab yazın