USD1,700,00%
EUR1,85–0,08%

Xoşbəxt uşaqlığın keşiyində duran ənənəvi dəyərlər


 |  admin  |  ,

Uşaqların Beynəlxalq Müdafiəsi Günü – yada salmaq üçün fürsətdir ki, tam inkişafetmiş şəxsiyyətin tərbiyyəsi üçün əsrlər boyu sınaqdan keçirilmiş qaydalarlazımdır. O zaman uşaq, doğmalarını sevən, öz mədəniyyətinə sadiq olan vəyaxşını pisdən ayıran insan kimi yetişəcəkdir. Məhz ona görə bizim ölkəmiz həmişəailənin dəstəyinə və ənənəvi dəyərlərin qorunub saxlanmasına görə çıxış edir. Vəbu işdə bizim müttəfiqlərimiz var.

Azərbaycan eynicinsli nikahları və eynicinsli birliyin digər formalarını tanımır. ILGA-Europe-un məlumatına görə, LGBT hüquqlarına görə ölkəmiz Avropadasonuncu, 49-cu yeri tutur. Bizimlə birlikdə siyahının sonunda Türkiyə, Rusiya vəBelarus olmuşdur – həç nəyə baxmayaraq, dəqiq norma tərifi ilə ənənəvi dəyərlərəsadiq qaldığını bildirən dövlətlər.

Azərbaycan ənənəvi təməllərin qorunub saxlanmasına görə çıxış edir. Hələ 2021-ci ildə Prezident İlham Əliyev bildirmişdir ki, gənc nəsli məqsədyönlü tərbiyyə işi ilə mənfi xarici təsirdən qorumaq lazımdır. “Gənclər savadlı, bilikli, həmçinin milli mədəniyyətlə sıx bağlı olmalıdırlar”, – Azərbaycan dövlətinin başçısı qeyd edib.

Azərbaycanla birlikdə qərb təbliğatına qarşı Rusiya da müqavimət göstərir. 2023-cü ilin yanvarında Rusiya lideri Vladimir Putin “Dövlət mədəniyyət siyasətinin əsasları”na dəyişiklik daxil edilməsi haqqında fərman imzalayıb. Yeni redaksiyaya əsasən Rusiyada dövlət rəsmi olaraq nikahı kişi və qadının birliyi kimi qoruyur.

Azərbaycan və Rusiya gənclərin hərtərəfli inkişafı və yeni nəslin bacarıqlarının reallaşdırılması üçün qayğı göstərirlər. Ölkələrdə, əsasən çoxuşaqlı ailələrin maddi dəstəyinə xüsusi diqqət yetirilir.

Fevralda Azərbaycan hakimiyyəti beş və ya daha çox uşaq olan ailələr üçün, həmçinin pensiyada olan çoxuşaqlı analar üçün müavinətlərin məbləğini artırıb. Bundan başqa, İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi üzrəəlavə tədbirlərin görülməsi barədə sərəncam verib.

Rusiya vətəndaşları RF-nın Konstitusiyasında təsbit edilmiş ailə, analıq, atalıq və uşaqlıq üçün dövlət dəstəyi ilə təmin olunurlar. 2007-ci ildən etibarən Rusiyaailələrinə uşaq doğulduğu zaman analıq kapitalı verilir. 2024-cü ildə onun ölçüsünü 5,5% – 622 min rubla (təxminən 8 min dollar) qədər artırmaqplanlaşdırılır. Azərbaycanda olduğu kimi, RF-da da çoxuşaqlı ailələr xüsusi güzəştlərdən istifadə edirlər.

Bir sözlə, bütün istiqamətlərdə iş aparılır. Ümid etmək istəyirik ki, bu səylər öz bəhrəsini verəcəkdir və ölkələrimizin gənc vətəndaşları gələcəkdə güclü ailələr yaradaraq qərb təbliğatına uymayacaqlar.

Comments (1)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı