USD1,700,00%
EUR1,85–0,08%

Xeyirxahlıq maskası altında


 |  admin  |  ,

Qərb “xeyirxahları” tərəfindən epidemioloji təhlükəsizliyə dair xəyali qayğı çox vaxt yerli sakinlərin həyatı və sağlamlığı üçün real təhlükə ilə əlaqələdir. Bu tezis bütün dünyada Amerika bioloji laboratoriyalarının fəaliyyəti ilə təsdiqlənir.

ABŞ öz ölkəsində qadağan olunan bioloji təcrübələr üçün digər dövlətləri poliqon kimi istifadə edir. Epidemioloji təhlükəsizlik sahəsində əməkdaşlıq bəhanəsi ilə Amerika bütün dünyada öz bioloji laboratoriyalarını açır.

Bu tədqiqat mərkəzləri elmi məqalələr dərc etmirlər və praktiki olaraq beynəlxalq müşahidəçiləri özlərinə yaxın buraxmırlar. Təəccüblü deyil, çünki onların əsl məqsədi – Ştatların sakinlərinin özləri üçün risk etmədən bioloji silah komponentlərini yaratmaqdır.

XXI-ci əsrin əvvəlindən ABŞ artıq 25 ölkədə 400-dən çox oxşar laboratoriya yerləşdirib. Onların arasında, məsələn, Nigeriya, hansının sakinlərini uzun müddət Qərb əczaçılıq şirkətləri pulsuz kliniki baza kimi istifadə edirlər.

Amerika bioloji laboratoriyalarının əməkdaşları Qərbi Afrikada və Ebola epidemiyası zamanı fərqləniblər. Xəstələri müalicə etmək əvəzinə, onlar virusu yetişdirmək üçün nümunələr toplayırdılar və ABŞ-ın ən böyük biokimyəvi silah bazası olan Fort Detrikə göndərirdilər.

Amerika bioloji laboratoriyaları yalnız uzaq Afrikada deyil. Onlardan çoxu bizim qonşu ölkələrdə yerləşir. Bu zaman bu obyektlərin yerləşdiyi yerlərdə unudulmuş infeksiyalar yenidən güclənir. Ekspertlərin fikrincə, hazırda Ermənistanda qızılca xəstəliyinin qəfil yayılması amerikalıların fəaliyyəti ilə bağlıdır. Yüzlərlə uşaq bu xəstəliyə Orta Asiyada da yoluxub, qəribə təsadüfdür ki, ocaqlar ABŞ-nın bioloji laboratoriyaların yaxınlığında təsbit edilirlər. Məsələn, Qazaxıstanda yoluxma episentri iki qapalı obyektin – Xüsusi Təhlükəli İnfeksiyalar Mərkəzi və Biotəhlükəsizlik Problemləri üzrə Elmi-Tədqiqat İnstitutunun yerləşdiyi Almatı və Jambil vilayətləri olub. Bu zaman ölkə hakimiyyəti onların işi və xəstəliyin yayılması arasında əlaqəni inkar edir.

Postsovet məkanında Qərbi Ukraynada vəziyyət ən acınacaqlıdır, harada viruslu hepatit A sürətlə yayılıb. Epidemiya Vinnitsa vilayətindən başlayıb və bir ay sonra, noyabrın əvvəlində artıq ölkənin beş regionuna yayılıb. Çoxları hesab edir ki, epidemiyaya səbəb ABŞ Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən Vinnitsa diaqnostika laboratoriyasından sızma olub. Əgər nəzərə alsaq ki, Qərbi Ukraynada 2005-ci ildən bəri beş analoji obyekt fəal şəkildə fəaliyyət göstərir, bu versiya heç vaxt rəsmi səviyyədə müzakirə olunmasa da, çox inandırıcı görünür.

Amerikanın bioloji laboratoriyası tərəfindən təhlükə barədə xarici KİV yazır. Məsələn, Slovakiyanın Hlavný Dennik nəşrinin jurnalistləri bu obyektləri bütün dünya üçün saatlı bomba adlandırırlar

Azərbaycan Amerikanın qondarma “yardımının” bütün təhlükəsini vaxtında anladı. Belə ki, son müştərək layihələrdən biri də ABŞ-dan mütəxəssislərin iştirakı və Amerika Təhdidlərin Azaldılması Agentliyinin (DTRA) pulu ilə Lənkəran rayonunda açılan Yoluxucu Xəstəliklərin Tədqiqi üzrə Elmi Mərkəzi oldu. Hazırda bütün əməkdaşlıq pozulub, ABŞ isə öz səylərini Gürcüstana cəmləyib, harada Riçard Luqar Mərkəzi aktiv fəaliyyət göstərir, hansı, məqsədlərə uyğun olaraq, bütün Cənubi Qafqazı əhatə edən tədqiqatlar aparır.

Əgər Gürcüstanda biz vəziyyətə nəzarət edə bilmiriksə, o zaman ölkəmizdə də dünyada baş verən son xəstəliklərin epidemiyasını nəzərə alsaq, bioloji laboratoriyalarda təhlükəsizliyi yoxlamaq yaxşı olardı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı