USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Xankəndi və Xocalıda yeni məktəblər açılacaq. Bu barədə Azərbaycanın Elm və Təhsil Nazirliyi məlumat yayıb. Xocalıda 132 şagird yerlik orta məktəb cari təmirdən sonra istifadəyə verilməyə hazırdır. Kərkicahan kəndindəki 624 yerlik məktəbdə də təmir işləri davam etdirilir və burada artıq işlərin 70 faizi başa çatıb. Bu təhsil müəssisələrinin açılışı bu il nəzərdə tutulub.
Nazirlik Xankəndində daha bir məktəbi təmir etməyi planlaşdırdığını da açıqlayıb. Bu layihələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpasına yönəlmiş “Böyük Qayıdış I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Bir cavab yazın