USD1,700,00%
EUR1,85–0,08%

Uzaqdan iddia ərizəsi vermək olar


 |  admin  | 

“Elektron məhkəmə” informasiya sistemi öz funksional imkanlarını genişləndirib. İndi fiziki və hüquqi şəxslər, o cümlədən dövlət qurumları “elektron kabinet” vasitəsilə birinci instansiya məhkəməsi kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılan inzibati mübahisələr üzrə məhkəmələrə iddia ərizələrini elektron qaydada göndərə bilərlər.

Bunun üçün “elektron kabinet”ə daxil olmaq, “yeni ərizə” bölməsinə daxil olaraq müvafiq apellyasiya məhkəməsini seçmək lazımdır. Sonra iddia üzrə bütün lazımi məlumatları daxil etmək və elektron imza ilə təsdiqləmək lazımdır. İstifadəçilər işin gedişi, çıxarılmış məhkəmə aktları, onlara qarşı verilmiş şikayətlər barədə aktual məlumat alacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı