USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
MiniBoss Business School Baku-nun təşkilatçılığı ilə Bakıda dördüncü dəfə uşaq və yeniyetmələr arasında Milli Startap Çempionatı keçirilib. 6 yaşdan 17 yaşa qədər olan iştirakçılar öz stendlərində xidmətlər və hazır məhsullar təqdim ediblər. Bu il çempionatda 17 komanda iştirak edib və onlar sponsorlardan layihələrini həyata keçirmək üçün 700 manatdan 3000 manatadək məbləğdə qrant alıblar.
Münsiflər heyəti beynəlxalq müsabiqələrdə iştirak edəcək üç qalibi seçib. Birinci yeri Ecoleaf komandası tutub (621 xal); ikinci – Meyvali (564 xal); üçüncü yer – Az-Bathty (548 xal). İyunun 16-dək Gənclik Mall-da gənc sahibkarların məhsullarına baxa və əldə edə bilərsiniz.
Bir cavab yazın