Turistlər Bakını seçirlər
Azərbaycana turist axını 1081 min nəfərə çatıb ki, bu da 2023-cü illə müqayisədə 37,1% çoxdur. Eyni zamanda, əcnəbi qonaqların əksəriyyəti regionlardakı məşhur kurortları kənarda qoyaraq, sırf istirahət üçün Bakını seçirlər. Bunun səbəbi köhnəlmiş infrastruktur, nəqliyyat əlçatanlığı və regionlarda turizm xidmətlərinin yüksək qiymətləri ola bilər.
Statistikaya görə, əcnəbi qonaqların 82,5 faizi Azərbaycanın paytaxtında, 5 faizi Qusar rayonunda, 3,9 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 2,9 faizi Qubada, 0,5 faizi Şabranda, 1,6 faizi digər rayonlarda istirahət edir.
2024-cü ilin birinci yarısında mehmanxana xidmətlərinə tələbat 35,8% artaraq 1852 min nəfərə çatıb. Yaşayış məntəqələrinin 66,5 faizi Bakının payına düşür.