USD1,700,00%
EUR1,85–0,08%

Transplantasiya əməliyyatlarının statistikası


 |  admin  | 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, il ərzində icbari tibbi sığorta çərçivəsində ölkədə 145 transplantasiya əməliyyatı həyata keçirilib. Bunlardan 71-i qaraciyər, 71-i böyrək, 3-ü isə sümük iliyi transplantasiyası olub. Transplantasiya ilə bağlı məsləhətləri Səhiyyə Nazirliyi yanında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən almaq olar.

Orqan transplantasiyası ötən ilin avqustunda icbari tibbi sığorta paketinə daxil edilib. Eyni zamanda, limitlər müəyyən edilib: qaraciyər transplantasiyası üçün ildə 100 əməliyyat, böyrək transplantasiyası üçün 150 və sümük iliyinin transplantasiyası üçün 20 əməliyyat. İcbari tibbi sığorta donor və resipiyentin diaqnozdan tutmuş reabilitasiyaya qədər bütün xərclərini əhatə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı