USD1,700,00%
EUR1,85–0,08%

Təzyiqlər dayanmaq bilmir


 |  admin  | 

Ölkəmiz müstəqil xarici siyasət aparır, tərəfdaşları ilə bərabərhüquqlu, qarşılıqlı fəaliyyət göstərir, lakin bunu hamı dəstəkləmir. Qərb ölkələri onlardan asılı qalmağımızı istədikləri üçün Azərbaycana təzyiq göstərməyə davam edir. Hansı yolla təzyiq tətbiq olunduğunu və bunun regiona hansı təsiri olacağını məqaləmizdə oxuya bilərsiniz.

Azərbaycanla Qərb dövlətləri arasında münasibətlər gərgin olaraq qalır. Vaşinqton və Brüssel yalnız onla üçün əlverişli olan şərtlərə əsasən Bakı ilə əməkdaşlıq yaratmağa çalışır.

Bunun bariz nümunəsi energetika sahəsində tərəfdaşlıqdır. Bir tərəfdən avropalıların təbii qazımıza çox ehtiyacı var, bunun üçün qaz tədarükünün ikiqat artırılmasını istəyir. Digər tərəfdən isə – mavi yanacaq əldə etdikləri Cənub qaz dəhlizinin yenilənməsi üçün maliyyə dəstəyi göstərmir.

«Bizim bu layihəyə milyardlar yatıracağımızı düşünürlər. Eyni zamanda 10 ildən sonra Avropa Birliyinin təbii qaza ehtiyacı olmayacağını bəyan edirlər. Onlara lazım olmayacaq qaz tədarükü üçün on milyard dollar ayıracaq qədər axmaq olduğumuzu düşünmürəm.» – Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bəyan edib. Ölkə başçısı bu yanaşmanı ikiüzlülük olaraq qiymətləndirib.

Baxmayarq ki, Avropa İttifaqının Azərbaycan qazının tədarükünə ehtiyacı var, lakin Avropa Parlamenti Azərbaycana qarşı qətnamələr qəbul etməyə davam edir. Üstəlik Qərb ölkələri bizi müntəzəm olaraq məhdudiyyətlər tətbiq olunacağı ilə hədələyirlər. Belə ki, yanvar ayında Fransa Senatı, Aİ-nin “Ermənistana qarşı təkrar təcavüzkar əməllərə görə” Azərbaycana qarşı sanksiyalar tətbiq olunması çağırışını dəstəkləyib.

Yeri gəlmişkən, ölkəmizə fəal şəkildə qarşı çıxış edən ölkə Fransadır. Bu yaxınlarda Londonda keçirilən Avropa Siyasi Birliyinin 4-cü Sammitində Fransa prezidenti Emmanuel Makron açıq şəkildə Bakını təcavüzkar olaraq qələmə verib.

Davamlı olaraq əsassız düşmənçilik ittihamları bizə ünvanlanır. Belə ki, iyul ayının 9-da Frankofoniya Parlament Assambleyası (fransızdilli dövlətlərin beynəlxalq təşkilatı) Qarabağın erməni əhalisinə qarşı qondarma soyqırımını pisləyən qətnamə qəbul edib.

Üstəlik, Paris yalnız sözlə kifayətlənmir. “Geniş Avropa” layihəsinin siyasi məsələlər üzrə baş elmi işçisi Qustav Qressel hesab edir ki, yaxın gələcəkdə erməni əsgərləri Fransanın HHM sistemlərindən istifadə etmək üçün təlimlərə başlayacaq. Üstəlik, Paris Ermənistanı hücum silahları ilə təmin edir: Fransa İrəvana özüyeriyən haubitsalar satmaq niyyətindədir.

11 iyulda keçirilən BRİKS ölkələrinin XX Parlament forumunda, Milli Məclisin sədri Sahibə Qafarova Parisin müxtəlif bəhanələrlə regional dinamikaya müdaxilə etməyə, Cənubi Qafqazı münaqişələr meydanına çevirməyə və özünün biabırçı neokolonial praktikasından istifadə etməyə çalışdığını bəyan edib.

Azərbaycanın müstəqil xarici siyasət aparması , bununla yanaşı TDT, ŞƏT və BRİKS kimi beynəlxalq təşkilatlarda iştirak etməsi ABŞ və Aİ-ı narahat edir. Lakin bu təyziqlərə baxmayaraq biz öz yolumuzda irəliləməyə davam edirik.

Ölkəmizin mənafeyinə dəyəcək ziyanı heçə sayaraq qərb ölkələrinin rəhbərləri bizim onlara tabe olmağımızı istəyirlər. Xoşbəxtlikdən, milli maraqlaımızı qorumağa qadirik. Bu da öz nəticəsində, ölkəmizin müstəqil qərar qəbul etməsi sayəsində əlavə investisiyalar cəlb etməsinə, satış bazarlarını genişləndirməsinə və beynəlxalq aləmdə Azərbaycanın təşəbbüslərinə dəstək verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı