USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
May və iyun aylarında leysan, dolu, sel və daşqınlardan zərər çəkən fermerlər avqustun sonundan sığorta ödənişlərini almağa başlayacaqlar. Sel və yağışlar nəticəsində Azərbaycan Kənd Təsərrüfatı Sığorta Fonduna sığortalı fermerlərdən 1000-ə yaxın müraciət daxil olub. Təxminən 125-130 min hektar sığortalanmış əkin sahələri müxtəlif dərəcədə zərər çəkmişdir.
Ümumilikdə 2023-cü ildə 420 min hektara yaxın əkin sahəsi sığortalanıb. İlin əvvəlindən əkin sahələrinə dəymiş ziyanla bağlı fonda artıq 7 mindən çox müraciət daxil olub. Mövsüm ərzində bəzi fermerlərin əkin sahələrinə bir neçə dəfə ziyan dəyib.
Bir cavab yazın