USD1,700,00%
EUR1,85–0,08%

Təşəkkür əvəzinə


 |  admin  |  ,

Dövlət Neft Şirkəti SOCAR və Rusiyanın “Qazprom” şirkəti strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Bu, Ukraynada Azərbaycan şirkətinin yanacaqdoldurma məntəqələrini boykot etmək çağırışlarına səbəb olub. Təfərrüatlar məqaləmizdə.

SOCAR və “Qazprom” arasında yeni razılaşma barədə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı məlum olub. Elmi-texniki əməkdaşlıq proqramının sentyabrda imzalanacağı gözlənilir.

Bununla əlaqədar Ukrayna fəalları həmvətənlərini ölkədə SOCAR-ın yanacaqdoldurma məntəqələrini boykot etməyə çağırırlar. Bu çağırışları onlar Facebook səhifələrində yerləşdiriblər.

Bu reaksiya qara nankorluq kimi görünür.  SOCAR-ın törəmə şirkəti olan SOCAR Energy Ukraine münaqişənin əvvəlindən elan etmişdi ki, təcili yardım və yanğınsöndürən maşınlar ölkədəki bütün yanacaqdoldurma məntəqələrində pulsuz yanacaq doldura biləcəklər. Nəticədə Ukraynanın təcili xidmətləri 200 min litrdən çox yanacağı pulsuz əldə ediblər.

Rəsmi Bakı da Kiyevin dəstəklənməsindən kənarda qalmayıb. Azərbaycan Ukraynaya 2 min tondan çox humanitar yardım, o cümlədən dərman, ərzaq və elektrik generatorları göndərib. Bizim tərəfimizdən göstərilən yardımın ümumi dəyəri 33 milyon dolları ötüb.

Bundan əlavə, biz Kiyevə Kaxovka SES-də texnogen fəlakətin nəticələrinin aradan qaldırılması üçün 20 ton yanacaq və avadanlıq vermişik. Ölkəmiz Ukrayna ərazilərinin minalardan təmizlənməsi təşəbbüslərinə də qoşulub.

Tutaq ki, ukraynalıların Rusiya ilə əməkdaşlıq etməyimiz xoşlarına gəlmir. Lakin SOCAR-ı boykot etmək çağırışları ilə onlar ikili standartlar nümayiş etdirirlər. Xatırladaq ki, Yerevan 30 il ərzində bizim ərazilərimizi işğal etdiyi zaman Ukrayna Ermənistanla münasibətlərini kəsməyib, və həmçini bu gün də Rusiya qazını Avropaya nəql etməyə davam edir.

Azərbaycan müstəqil siyasət aparır və hansı sahələrdə və kiminlə əməkdaşlıq edəcəiyini də özü həll edir. Belə olan halda, ölkəmiz öz maraqlarına diqqət yetirməli, böyük ehtimalla Ukraynanın nankor, korrupsiyalaşmış məmurlarının cibinə gedəcək milyonlarla dolları oraya göndərməməli, əksinə onları respublikada saxlayaraq əhalimizin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəltməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı