USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Mirvarid Dilbazi Poeziya Topluluğunun təşəbbüsü, Şəhər Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə ilk dəfə olaraq Kəlağayı festivalı keçirilib. Festivalda Güllü Eldar Tomarlının 200-dən çox qədim kəlağayı, trikotaj məmulatları, Gülnarə Məmmədovanın rəsmləri, Aybəniz Camalovanın əsərləri nümayiş olunub. Tədbir çərçivəsində konsert də baş tutub.
Festival Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə kəlağayı sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunub. Tədbirin məqsədi Azərbaycanda Kəlağayların mədəni irsinin bərpası və populyarlaşdırılmasıdır.
Bir cavab yazın