![]() | 1,70 | 0,00% |
![]() | 1,85 | –0,08% |
Sumqayıtda özünü İkinci Qarabağ Müharibəsi veteranı kimi təqdim edən, əslində isə heç vaxt döyüş əməliyyatlarında iştirak etməyən Şirvan şəhər sakini Nəzər Məmmədov saxlanılıb. Məmmədov müxtəlif müəssisələrə hərbi geyimdə girərək maddi yardım istəyib və döyüşdə görmə qabiliyyətini itirmiş veteran obrazını yaradıb. Hazırda tam sağlam olan və heç bir əlilliyi olmayan gənclə bağlı araşdırma aparılır.
Müəyyən edilib ki, N. Məmmədov dostundan borc götürərək “Vətən müharibəsi iştirakçısı” medalını saxtalaşdırıb. Fırıldaqçı asan qazanc əldə etmək üçün bu maskadan istifadə etməyə çalışıb. Onun qanunsuz əməllərindən zərər çəkən şəxslər hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.
Bir cavab yazın