USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Sumqayıtda Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi fəaliyyətə başlayıb. Burada sosial cəhətdən həssas qruplardan olan vətəndaşlara tikişçilik öyrədiləcək, eyni zamanda toxuculuq məhsulları istehsal olunacaq. Mərkəz həmçinin öz mikro biznesini açmaq qərarına gələnlər üçün treninq, konsultasiya və mentorluq dəstəyi göstərəcək və gələcəkdə digər istiqamətlərdə də kursların açılması planlaşdırılır.
Mərkəzin təşkilində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST), “Azərsu” və “Azərmaş” ASC, Bakı Mühəndislik Universiteti, Ekvita şirkəti, Bakı Tekstil Fabriki və “Əlil Sahibkarlar Təşkilatı” ictimai birliyi.
Bir cavab yazın