USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Cənubi Qafqazda olan vəziyyətlə bağlı Moskvada keçirilən üçtərəfli görüş regionda vəziyyətin normallaşmasına mühüm addım oldu.
RF-nın vasitəçilik rolu Azərbaycan ekspertləri yüksək qiymətləndirirlər. Məsələn, politoloq Kamran Həsənovun fikrincə, RF davamlı sülhün əldə olunmasına həlledici töhfə verə bilər. Bunun üçün onda kifayət qədər alətlər vardır, münaqişənin hər iki tərəfində Moskvaya etimad dərəcəsi isə qərb oyunçularına qarşı daha yüksəkdir. Tərəflər artıq bir neçə dəfə Avropa və Ştatların ərazəsində görüşüblər, lakin bu danışıqlar konkret nəticələrə gətirib çıxarmayıb.
Mayın 19-da Azərbaycanın XİN Ceyhun Bayramov və onun Rusiya həmkarı Sergey Lavrov Moskvada danışıqlar aparıblar, harada həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə üçtərəfli görüş keçirilib.
Sergey Lavrovla görüşdə azərbaycanlı nazir Bakı və İrəvan arasında danışıqlar prosesinin müsbət dinamikasını qeyd edib və görüşün təşkilinə görə Rusiya həmkarına təşəkkür edib. Bundan əlavə, AR XİN-nin başçısı Rusiyada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə göstərilən diqqətə görə xüsusi minnətdarlığını bildirib.
Öz növbəsində Sergey Lavrov Bayramovla görüşü Azərbaycan və Rusiya arasında ikitərəfli məsələlərin müzakirəsi üçün yaxşı imkan adlandırıb. O, həmçinin vurğulayıb ki, RF, iki ölkə prezidentləri arasında bütün razılaşmaların həyata keçirilməsinə istiqamətlənib.
İkitərəfli görüş başa çatdıqdan sonra üçtərəfli danışıqlar olmuşdur. Rusiyanın XİN-nin başçısı Sergey Lavrov salamlama nitqində sülh müqaviləsinin mətni üzərində fəal işi qeyd edib və Moskvada görüşün məhsuldar olacağına ümid etdiyini bildirib.
“Biz, Cənubi Qafqaz ətrafında vəziyyəti təhlil edərək hesab edirik ki, liderlərimizin razılaşmalarına alternativ mövcüd deyil”, – Lavrov vurğulayıb. Onun sözlərinə görə, Rusiya regionda vəziyyətin sabitləşdirilməsində tamamilə istiqamətlidir və qəbul edilən qərarların yerinə yetirilməsi üçün bütün səylərini göstərəcəkdir.
Azərbaycanın XİN öz növbəsində bildirib ki, bizim ölkəmiz Ermənistanla münasibətlərin münaqişədən sonrakı ardıcıl nizamlanmasının tərəfdarıdır. O həmçinin təklif edib ki, bu kontekstdə Ermənistan tərəfi ilə hazırkı danışıqlar səmərəli olsun.
Sonra Azərbaycan və Ermənistan nümayəndələri ayrı-ayrı ikitərəfli danışıqlar zamanı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsinin müzakirəsini davam ediblər.
Danışıqların yekunu üzrə Sergey Lavrov bildirib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin mövzusu üzrə anlaşmanı ümumi baxışa yaxınlaşdıra biliblər. Bundan əlavə, tərəflər Rusiyanın məşvərətçi iştirakı ilə yaxın vaxtlarda sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın iclasının keçirilməsi barədə razılaşıblar.
Növbəti addım Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə 23 mayda planlaşdırılan nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələləri üzrə üçtərəfli işçi qrupunun keçirilməsi olacaqdır. RF Prezidentinin mətbuat katibi Dmitriy Peskov qeyd edib ki, baş nazir müavinlərinin görüşündən sonra üç ölkə liderinin görüşü də istisna deyil.
Bir cavab yazın