USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bu gün Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalanmasının ikinci ildönümüdür. Sənəddə nə barədə deyilir və hazırda ölkələr arasında münasibətlər necə inkişaf edir, məqalədə oxuyun.
22 fevral 2022-ci ildə Azərbaycan və Rusiya Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni imzalayıblar. Bu sənəd 43 bənddən ibarətdir və ikitərəfli münasibətlərin vacib aspektlərini əhatə edir. Digər məsələlərlə yanaşı Bəyannamədə müstəqilliyə qarşılıqlı hörmət və bütün sahələrdə, o cümlədən iqtisadiyyat, elm, mədəniyyət və hərbi sənaye istehsalatı sahəsində əməkdaşlıq barədə deyilir.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Bakı və Moskva sənədin imzalanmasından sonra geosiyasi vəziyyətin ciddi şəkildə dəyişməsinə baxmayaraq münasibətləri uğurla inkişaf edirlər. Dövlət başçısının sözlərinə görə, bəyannamənin bütün bəndləri yerinə yetirilir. “Yüksək səviyyədə çoxlu əlaqələr olub, hökumət başçıları, xarici işlər nazirliklərinin başçıları, hökumət və ictimai strukturların digər nümayəndələri səviyyəsində əlaqələr olub”, – İlham Əliyev qeyd edib.
Məhsuldar ünsiyyət bu gün də davam edir. Belə ki, Azərbaycan liderini seçkilərdə qələbəsi münasibətilə ilk təbrik edənlərdən V.V.Putin olub. Prezidentlər Rusiya-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyinin daha da inkişaf etdirilməsində qarşılıqlı maraqlı olduqlarını təsdiq etdilər.
İkitərəfli əməkdaşlıqda müsbət dinamikanı qarşılıqlı ticarətin nəticələri də göstərir. Ötən ilin nəticələri üzrə iki ölkə arasında ticarət dövriyyəsi 17,5% artıb və 4,3 milyard dolları ötüb. Bu zaman Azərbaycan məhsullarının RF-na ixracı 22,7% artıb və 1,196 milyard dollar təşkil edib. Rusiya mallarının Azərbaycana idxalı həmin dövrdə 15,6% artıb, onun məbləği 3,1 milyard dollar təşkil edib.
Ticarətdə uğura o cümlədən birgə nəqliyyat layihələri kömək edir. Əsas olanlar – “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi və kənd təsərrüfatı məhsullarının dəmir yolu ilə konteyner daşınması servisi “Aqroekspress”.
“Aqroexpress”-in yaranması Azərbaycanın və Rusiyanın ərzaq təhlükəsizliyinə ümumi istəyi ilə əlaqələdir: buna görə də iki ölkənin aqrar-sənaye sahəsində əməkdaşlığa xüsusi diqqəti var. Belə ki, Rusiya buğdasının tədarükləri Bakı üçün son dərəcə vacibdir. Hər il ölkəmizə 3,5 milyon ton taxıla tələb olunur, bunun da 40 % idxal hesabına ödənilir. Buğdanın təxminən 80 %-ni Azərbaycan sahibkarları Rusiyadan alırlar.
Paralel olaraq mədəni əlaqələr də genişlənir. Belə ki, bu həftə Bakıda Azərbaycan və Rusiyanın milli teatrlarının əməkdaşlığı haqqında memorandum imzalayıblar.
Bizim ölkələrimiz təhlükəsizlik sahəsində sıx şəkildə fəaliyyət göstərirlər. Keçən həftə RF XİN-nin xüsusi nümayəndəsi İqor Xovayev Bakıda səfərdə olub. Rusiya diplomatını Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qəbul edib. Tərəflər Bakı ilə İrəvan arasında sülh prosesinin vəziyyətini müzakirə ediblər.
Ümid edirik ki, Azərbaycan-Rusiya münasibətləri bundan sonra dinamik şəkildə inkişaf etməyə davam edəcəkdir. Ölkələrimizin müttəfiqliyi – bütün regionun çiçəklənməsi üçün etibarlı bünövrədir.
Bir cavab yazın