USD1,700,00%
EUR1,85–0,08%

Sosial cəhətdən zəif olan vətəndaşlar işlə təmin olunurlar


 |  admin  | 

Elm və Təhsil Nazirliyi yanında attestasiya komissiyaları fəaliyyətə başlayandan indiyədək 3700-dən çox vətəndaş müraciət edib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, müraciətlərə baxılmasının nəticələrinə əsasən sosial cəhətdən həssas qruplardan olan 600-ə yaxın vətəndaşın alternativ işlə təmin olunması barədə qərar qəbul edilib. 

İlkin mərhələdə 90 şəhid ailəsi üzvü işlə təmin olunub, ailələrdə yeganə təminatçısı olan və dəstəyə ehtiyacı olan digər vətəndaşlardan 500-ə yaxın əlilliyi olan şəxs alternativ işə cəlb edilib. Bu təşəbbüslər onların yaşayış şəraitinin yaxşılaşdırılmasına və məşğulluq imkanlarının yaradılmasına kömək edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı