USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Keşəm həftə Sankt-Peterburqda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SBİF-2023) keçirilib. Onun iştirakçıları texnoloji suverenliyin qurulmasını, xalqın saxlanmasını, əmək bazarında yeni çağırışları, dünya və Rusiya iqtisadiyyatının aktual problemlərini müzakirə ediblər.
Forumda 130 ölkə və regiondan 17 mindən çox adam iştirak edib. Belə geniş cəlb olunma Qərbin Rusiyanı izolyasiya etmək cəhdlərinin uğursuzluğundan bəhs edir, hansı tamamilə qlobal Cənubla əlaqələrin inkişafına istiqamətlənmişdir, haraya əsasən Asiya, Afrika və Latın Amerikası ölkələri daxildir. Bu kurs dəyişikliyi Azərbaycan üçün də üstünlüklər yaradır: ticarət tərəfdaşı kimi bütün Avrasiya məkanında ən böyük oyunçuya sahib olmaq bizim ölkəmiz üçün əlverişlidir.
Federal Gömrük Xidmətinin rəhbərinin vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdov bildirib ki, Rusiyanın xarici ticarətində Aİ ölkələrinin payı iki il ərzində 38-dən 17,6%-ə düşüb. RF-nın geniş bazarı digər ölkələrdən, o cümlədən Azərbaycandan olan ticarət tərəfdaşları üçün azad edilib. Bunu rəqəmlər sübut edir: yanvar-may aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi $1,8 mlrd təşkil edib, bu da keçən ilin göstəricisindən 44 % çoxdur.
Bu gün Rusiya bütün sahələrdə suverenliyini gücləndirməyə və eyni zamanda bütün ölkələrlə bərabərhüquqlu tərəfdaşlığı inkişaf etdirməyə hazırlaşır, Vladimir Putin SBİF-2023-də bildirib. İşləri bir neçə istiqamətdə aparmaq planlaşdırılır.
Onlardan biri – maliyyədir. Dollara əsaslanan dünya iqtisadi sistem çatlamışdır. Ona gösrə mümkün qədər tez bir zamanda milli valyutalarla hesablaşmaların aparılmasına keçmək vacibdir, hansını Avrasiya İqtisadi İttifaqın üzv ölkələri faktiki olaraq ediblər. Növbəti addım – Aİİ məkanında rəqəmsal valyutalardan istifadə etməklə qarşılıqlı hesablaşmalardır.
Növbəti istiqamət – nəqliyyat layihələridir. Azərbaycan üçün “Şimal-Cənub” BND-nin inkişafında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. İlin yekunlarına görə bu marşrut ilə yükdaşımaları 17,6 milyon ton təşkil edə bilər. 2025-ci ilə qədər bu həcmin iki dəfə, 2030-cu ilə qədər isə üç dəfə artırılması planlaşdırılır.
İnnovasiyalar sahəsində də əməkdaşlıq nəzərdə tutulur, hansında Aİİ ölkələrinə “Skolkovo” texnoloji platforma kömək edəcəkdir. Əgər Azərbaycan bu layihəyə qoşularsa, əldə olunan təcrübə ölkəmiz üçün yarıcı olacaqdır.
Rusiya iqtisadiyyatının Şərqə yönləndirilməsi RF ilə əməkdaşlıqda maraqlı olan bütün oyunçular üçün yeni imkanlar açır. Və Azərbaycan ölkənin strateji tərəfdaşı kimi bu sırada birinci yerdə durur.
Bir cavab yazın