USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
“Azərbaycan Dəmir Yolları” QSC 2024-cü ilin birinci yarısında 3 milyon 849 min 804 sərnişin daşımaqla ötən ilin göstəricisini 20% artırıb. Yanvar-iyun aylarında ümumilikdə 9265 sərnişin reysi həyata keçirilib ki, bu da bir il əvvəlkindən 22% çoxdur. Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişinlərin 10 faizdən çoxunu xarici turistlər, Bakı-Ağstafa-Bakı marşrutu üzrə isə 7 faizdən çoxunu təşkil edib.
Abşeron dairəvi dəmir yolu xəttindən 3 milyon 666 min 518 sərnişin (artım 19%), Bakı-Ağstafa-Bakı marşrutu üzrə 160 min 799 sərnişin (artım 30%), Bakı-Qəbələ-Bakı marşrutu – 22 min 487 sərnişin (artım 149%).
Bir cavab yazın