USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bu gün Azərbaycan Gənclər gününü qeyd edir. Bizim gənc nəslin özünü inkişaf etdirmə, keyfiyyətli təhsil və uğurlu karyera tələbi var. Gənc azərbaycanlılar üçün hansı imkanların açıq olduğu haqqında məqalədə oxuyun.
Azərbaycan, gənclər siyasəti sahəsində beynəlxalq əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Belə qarşılıqlı fəaliyyətin istiqamətlərindən biri – birgə mədəni tədbirlərdir, hansılar böyüyən nəslin estetik və mənəvi tərbiyəsi üçün vacibdir. Sərgilər, konsertlər, yaradıcılıq festivalları yalnız gənc auditoriyanı əyləndirmir, həmçinin onları mənəvi cəhətdən zənginləşdirir, müsbət şəxsi keyfiyyətləri formalaşdırır və dünyagörüşünü genişləndirir.
Məsələn, dekabrın sonunda Türkiyənin İzmir şəhərində ikiqat yubileyə: ümummilli lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Əsrin yolu…” konserti keçirildi. Konserti Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, “Gənclərə Dəstək” layihəsi çərçivəsində təşkil etmişdir.
Bu günlərdə Azərbaycan Elmlər Akademiyasının Milli kitabxanası Bakıdakı Rus Evinin köməyi ilə “2023-cü ilin kitabları və yazıçı-yubilyarları” respublika layihəsinin nəticələrinə yekun vurub. Əvvəlki aylarda təşkilatçılar məktəbliləri Azərbaycanın, Rusiyanın, yaxın və uzaq xarici ölkələrin ən yaxşı ədibiyyatçıların əsərləri ilə tanış edirdilər.
Martın 1-dən 7-dək isə Azərbaycan Soçidə Ümumdünya Gənclər Festivalına qatılacaqdır. Ən böyük beynəlxalq gənclər tədbiri biznes, media, idman, elm, mədəniyyət və beynəlxalq əməkdaşlıq sahələrində 20 min gənc lideri toplayacaqdır. Onların sıralarına bizim ölkəmizdən 150 nümayəndə daxil olacaqdır.
Azərbaycan ali təhsil sahəsində də digər dövlətlərlə qarşılıqlı fəaliyyət göstərir. Ölkəmizin bir çox gənc sakini xaricdə, xüsusilə RF-da, Türkiyədə və Çində təhsil alır.
Yalnız Rusiya ali təhsil müəssisələrində Azərbaycandan 12 mindən çox tələbə ali təhsil alır. 2023/2024-cü tədris ili üçün məktəblərimizin məzunları üçün RF-da pulsuz təhsil üçün 270 kvota ayrılmışdır. Daha çox bizim abituriyentlərimiz tibb, iqtisadiyyat və İT ilə bağlı ixtisasları seçirlər.
Rusiya ali təhsil müəssisələrində Azərbaycanda da təhsil almaq olar. Ölkəmizdə Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir, hansılarda 1 mindən çox tələbə təhsil alır.
Gənclər siyasəti sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan gəncləri üçün geniş karyera perspektivləri açır. Belə nümunələrdən biri – “Rusiya liderləri” müsabiqəsinin ekspertlərinin dəstəyi və analogiyası ilə yaradılmış “Yüksəliş” müsabiqəsidir. Müsabiqənin məqsədi – 21 yaşdan 51 yaşda intellektual səviyyəsi və iki illik idarəçilik təcrübəsi olan perspektiv rəhbərlərin aşkar edilməsi və dəstəklənməsi, ölkədə kadr ehtiyatının yaradılmasının təmin edilməsidir.
Digər uğurlu təcrübə – gənc həmvətənlər üçün Moskva hökumətinin karyera məktəbidir, hansı ötən ilin noyabr ayında paytaxt Bakıda keçmişdir. Tədbirin iştirakçıları 24 MDB ölkəsi, Afrika, Asiya və Yaxın Şərqdən 65 nəfər olmuşdur. Məktəbin proqramına tətbiqi bacarıqların inkişafı üzrə ustad dərsləri, işgüzar oyunlar və ekskursiyalar daxil olmuşdur.
Belə proqramlarda iştirak – Azərbaycan gəncləri üçün böyük şirkətdə işə düzəlmək üçün real şansdır. Ona görə də bizim gənc oxucularımıza özünü inkişaf etdirmək və özünü daha cəsarətlə göstərmək üçün istənilən imkandan istifadə etməyi arzulayaq. Sizi bayram münasibəti ilə təbrik edirik və ilk peşə uğurları arzulayırıq!
Bir cavab yazın