USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən və dünya əhəmiyyətli tarix-mədəniyyət abidəsi statusuna malik Şəki Xanları Sarayının bərpasına başlanılıb. Burada sonuncu dəfə 2000-ci ildə bərpa işləri aparılıb və bu müddət ərzində binada eroziya və dəyişikliklər baş verib.
Dövlət Turizm Agentliyi yanında Təbiət Qoruqlarının İdarə Edilməsi Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli qeyd edib ki, sarayın bərpası zamanı əvvəlki bərpa işlərinin sənədlərindən istifadə olunur. Həmçinin qoruğun ərazisində daha bir neçə tarixi abidədə bərpa işləri yaxın vaxtlarda başa çatdırılacaqdır.
Bir cavab yazın