USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
“Bakcell” şirkətinin maliyyə dəstəyi ilə “YAŞAT” Fondunun təşkil etdiyi yay düşərgəsində 50-yə yaxın şəhid övladı 5 gün istirahət edib. Göygöl rayonunda keçirilən Milli Otlaq Festivalının ərazisində uşaqlar üçün yarışlar, milli oyunlar, müxtəlif təlimlər və interaktiv oyunlar keçirilib.
Düşərgənin əsas mövzuları hərbi vətənpərvərlik və milli adət-ənənələr olub. Təlimlərdə gənclərə gələcəyin peşələri, müasir dünyada tələb olunan bacarıqlar, bu bacarıqlara yiyələnməkdə texnologiya və innovasiyaların rolu barədə məlumat verilib.
Bir cavab yazın