USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Daha 200 mənzil Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şəhid ailələri və döyüşlərdə iştirak nəticəsində əlil olmuş vətəndaşlar tərəfindən alınıb. Mənzillər Bakı və Mingəçevir şəhərlərində, Abşeron, Şəki, Göygöl rayonlarında yeni yaşayış komplekslərində yerləşir.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin iştirakı ilə Mingəçevir şəhərində mənzillərin bölüşdürülməsi ilə bağlı tədbir keçirilib. O qeyd edib ki, müharibədən sonra bu kateqoriyadan olan vətəndaşlar 6,2 min, ümumilikdə isə ötən dövr ərzində 15 mindən çox mənzil və fərdi yaşayış evi ilə təmin olunublar.
Bir cavab yazın