USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycanın xalq yazıçısı, ssenarist və rejissor Rüstəm İbrahimbəyovun qızı bildirib ki, bu il dramaturqun 85 illiyinə müxtəlif layihələr hazırlanır. Onun Azərbaycan dilində ikicildliyi tezliklə Bakıya gələcək. Rüstəm İbrahimbəyovun ssenariləri əsasında rejissor Rasim Ocaqovun “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi bərpa edilmiş filmlərin nümayişi də planlaşdırılır.
Rüstəm İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub. O, 50-dən çox filmin, o cümlədən məşhur “Bir cənub şəhərində”, “Səhranın ağ günəşi” və “Sorğu” filmlərinin ssenari müəllifi kimi çıxış edib. O, “Azərbaycan SSR-nin əməkdar artisti” və “Azərbaycanın xalq yazıçısı” fəxri adlarına, habelə “Şöhrət” ordeni ilə təltif edilib.
Bir cavab yazın