USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Yeni açılan YAY qalereyasında “Hər şey yaxşı olacaq: sabah və ya nə vaxtsa” adlı kollektiv sərgi keçirilir. Burada səkkiz rəssamın: Rasim Babayev, Elşən Baba, Orxan Hüseynov, Tərlan Qorçu, Qafar Rzayev, Zamir Süleymanov, CHINGIZ və YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın əsərləri təqdim olunur.
YAY Qalereyası 2012-ci ildə İçərişəhərdə “YARAT Müasir İncəsənət Məkanı” qeyri-kommersiya təşkilatı tərəfindən ölkədə bədii infrastrukturun dəstəklənməsi məqsədilə yaradılmışdır. Burada naşı və təcrübəli rəssamların rəsmlərinin sərgi və satışı keçirilir, rəssamların mühazirə və seminarları keçirilir, film nümayişləri keçirilir.
Bir cavab yazın