USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Artıq bir ildir ki, Ermənistanda, Azərbaycanla sərhəddə, Bakının razılığı olmadan Aİ-nin uzunmüddətli mülki missiyası işləyir. Onun əməkdaşları münaqişə zonasında təhlükəsizliyin təmin edilməsi vəzifəsinin öhdəsindən gələ bilmədilər. Avropa missiyasının iştirakçıları əslində nə ilə məşğuldular, məqalədə oxuyun.
Brüsselin versiyasına görə, Avropa İttifaqının uzunmüddətli müşahidə missiyası sərhədyanı rayonlarda sabitliyin təşviqi və Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi üçün nəzərdə tutulub. Amma əslində missiya Bakıya təzyiq göstərmək üçün daha bir alət olmuşdur, bunu da ölkəmizin hakimiyyəti əla dərk edir.
12 fevralda Azərbaycan XİN monitorinq missiyasının işi ilə bağlı narahatlığını bildirmək üçün Aİ-nin Bakıdakı səfiri Peter Mixalkonu rəsmi söhbət üçün çağırıb.
Azərbaycan XİN-də qeyd etdilər ki, bəyan edilən məqsədlərinə baxmayaraq missiya Azərbaycana qarşı təbliğat vasitəsi kimi çıxış edir. Xüsusilə, onun əməkdaşları müxtəlif rəsmi şəxslərin və qeyri-rəsmi nümayəndə heyətlərinin sərhədyanı regionlara səfərlərinin təşkil edilməsinə köməklik göstərirlər. Bununla belə bu səfərləri ölkəmizə qarşı nifrətin yayılması üçün istifadə edirlər. Belə təcrübə Azərbaycan Xarici İşlər Nazirliyində qəbuledilməz adlandırıldı.
“Bu müşahidə missiyası onların Ermənistanın bu ərazisində olmasını təmin etmək və etimad səviyyəsini artırmaq üçün aydın bir mandatla yaradılıb. Bu gün aydın olan odur ki, belə deyilən durbin diplomatiyası ilə buna nail olmaq alınmır”, – Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.
Avropa missiyasının iştirakçıları casusluqda da istifadə edirlər. Fevralın əvvəlində Azərbaycanda Ermənistandan ölkəyə qanunsuz daxil olmaq istəyən Çexiya vətəndaşını saxlayıblar. Nüfuzlu Azərbaycan KİV yazdığına görə, həbs edilən dövlət sərhədini pozan şəxs birbaşa Aİ missiyası ilə bağlı olub.
Sərhədyanı bölgələrdə sabitliyin təmin edilməsi üzrə vəzifəni müşahidə missiyası həmçinin yerinə yetirə bilməyib. Bir həftə əvvəl Ermənistan hərbçiləri Azərbaycan sərhəd qoşunlarının mövqelərini atəşə tutublar və hərbçimizi yaralayıblar. Təxribat Aİ missiyasının məsuliyyət zonasında baş verib.
Bu zaman Aİ diplomatik xidmətinin başçısı Josep Borrell İrəvan tərəfindən təcavüzə haqq qazandırıb və Bakının cavab hərəkətlərini pisləyib, bunu da Azərbaycan XİN-də Ermənistanın hərbi təxribatının saymaması kimi qiymətləndiriblər. “Təəssüflər olsun ki, heç bir təxribatçı faktor olmadan snayper atəşi nəticəsində beş ay sabitlikdən sonra Azərbaycan hərbiçinin yaralanmasını Aİ saymır”, – idarənin bəyanatında deyilir.
Amma ən çox narahat edən şey odur ki, Avropa missiyasının iştirakçıları açıq-aşkar nəyəsə hazırlaşırlar. Hərbi ekspert Şair Ramaldanovun sözlərinə görə, Aİ missiyası Azərbaycanla sərhəddə son vaxtlar fəallaşıb. Oraya yüksək rütbəli hərbçilər, məsələn, fransız briqada generalı gəlməyə başlayıb. “Bu yaxınlarda isə səfirliklər, o cümlədən Amerika səfirliyi vasitəsilə, o barədə məlumat yayılıb ki, sərhədin bəzi hissələrində vəziyyət daha da mürəkkəbləşə bilər” – ekspert qeyd etdi.
Onlardan canavar deyil , olsa-olsa çaqqal olar , çünki çaqqallar sürü ilə gəzirlər , amma bir şeyi unudurlar ki , qoyun deyil , quzu deyil , lap DONUZ dərisində olsalar da , gün gələcək büründükləri dəri çıxarılacaq və əsl simaları üzə çıxacaq . Və bir də onlar BUMERANQ məsələsini yaddan çıxarıblar …