USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Ümumdünya davamlı turizm günündə Azərbaycanda bu sahənin inkişafı haqqında danışacağıq. Qonaqlarımızın əksəriyyəti haradan gəlir, turist axınının artmasına nə kömək edir və bu ölkədə həyata necə təsir göstərir, məqalədə oxuyun.
Azərbaycana bütün dünyadan səyahətçilər gəlir. Keçən il bizim ölkəmiz 187 ölkədən 2 milyondan çox qonaq qəbul edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 30 % turist Azərbaycana Rusiyadan gəlib. İlk 5-liyə həmçinin Türkiyə (18,1%), İran (7,9%), Hindistan (5,6%) və Gürcüstan (5%) daxil olmuşdur. Keçən ilin yanvarında isə bizdə artıq 45,5 min qonaq Rusiyadan gəlib, bu isə ötən ilin əvvəli ilə müqayisədə 13,4% çoxdur.
Öz növbəsində azərbaycanlı səyyahlar daha tez-tez Rusiyaya gedirlər. 2023-cü ildə 480 min soydaşımız RF-na səfər edib ki, bu da bir il əvvəlkindən demək olar ki, 45,5% çoxdur.
Müxtəlif ölkələrdən turist axınının artmasına hava nəqliyyatının inkişafı kömək edir. Fevralın əvvəlində Bakıya İraqın Kərkükündən ilk aviareys gəlib. 18 apreldən isə “Azərbaycan Hava Yolları” (AZAL) Pakistanın ən böyük şəhəri – Kəraçiyə birbaşa uçuşlara başlayacaqdır.
Ən böyük Rusiya aviaşirkətləri də diqqətdən kənarda qalmır. 2023-cü ilin mart ayından Moskvadan Bakıya və Gəncəyə “Aeroflotla” uçmaq olar. 2024-cü il yanvarın ortalarında isə “Ural Hava Yolları” Yekaterinburqdan paytaxtımıza uçuşları bərpa etdi. Bundan əlavə, son aylarda Azərbaycana uçuşların coğrafiyasını Utair aviaşirkəti genişləndirib. O, Moskva, Sankt-Peterburq, Samara, Surqut, Tümen, Ufa və Qroznıdan Bakıya uçuşlar həyata keçirir.
Turistlərin Azərbaycana cəlb olunmasında sərgilərdə fəal iş də kömək edir. Bu il ölkəmizin turizm potensialını Almatıda KITF 2024 sərgisində, həmçinin İstanbul və Mumbayda tədbirlərdə təqdim edəcəklər.
Azərbaycana nə qədər çox qonaq gəlsə, milli turizm sənayesinin iqtisadiyyatın inkişafına və yeni iş yerlərinin açılmasına töhfəsi bir o qədər çox olur.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Qeydəniz Qəhrəmanovun sözlərinə görə, son 20 ildə ölkənin ÜDM-də turizmin payı 0,7%-dən 3,3%-dək artıb. Həmin dövrdə bu sahədə məşğul olanların sayı 6,5 dəfə artıb. Və bütün əsaslar var ki, bu dinamika gələcəkdə daha da sürətlənəcəkdir.
Сухопутки надо открывать