USD1,700,00%
EUR1,85–0,08%

Qarabağda ilk seysmik stansiyanın tikintisi başa çatmaq üzrədir


 |  admin  | 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli bildirib ki, Qarabağda ilk seysmoloji stansiya bir aya hazır olacaq. Şuşanın Daşaltı kəndində işlər sürətlə davam edir və yekunlaşmaq üzrədir. Xüsusilə Ermənistanın işğalı zamanı 20-dən çox seysmik stansiya dağıdılandan sonra bu regionda təhlükəsizlik baxımından bu addım vacibdir.

“Seysmik təhlükə sahəsində innovasiyalar və Qafqazda müasir mühəndislik təcrübələrinin nəticələri” adlı beynəlxalq konfransda Qafqazda seysmik məlumatların toplanması və təhlilinin müxtəlif aspektləri, o cümlədən zəlzələlərin proqnozlaşdırılması üçün yeni metodlar və təhlükəsizliyin artırılması üçün normativ tələblərin təkmilləşdirilməsi müzakirə olunub. Burada AMEA-nın rəhbərləri, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, eləcə də xarici ölkələrdən olan seysmoloqlar və mütəxəssislər iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı