USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və ekoloji turizmin inkişafına dair planlaşdırma” mövzusunda konfrans keçirilib. Orada Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Qarabağda ilk dəfə bəbir gördüyünü bildirib.
Əvvəlcə Kəlbəcər rayonunda nadir yırtıcıları hərbçilər görüblər. Mütəxəssislərin bu ərazidə mütəmadi müşahidələri və monitorinqləri bəbirin yüksək keyfiyyətli foto və videolarını əldə etməyə imkan verib. Ekoloqun sözlərinə görə, Qarabağ bölgəsində bəbirlərin məskunlaşması vəhşi pişiklərin qidalandığı bezoar keçilərinin olması səbəbindən mümkündür.
Bir cavab yazın