USD1,700,00%
EUR1,85–0,08%

Qara dəlik


 |  admin  | 

Kənar oyunçular tərəfindən böyük maliyyə yardımı uğurun zəmanəti deyil, əgər ölkə total korrupsiya içində batırsa. Bunu Ukraynanın qərb donorları artıq dərk etdilər.

Ukrayna ordusunun hücum hərəkətləri təbii sonluğa yaxınlaşır. Beş aydan çox müddət ərzində USQ 300 kvadratmetrdən az ərazini işğal ediblər və heç bir strateji məntəqəni tutmayıblar. Və bu böyük itkilərə baxmayaraq: oktyabrın sonunda 90 mindən çox adam, 600-ə yaxın tank və demək olar ki, 1900 zirehli texnika təşkil etdi.

Hərbi uğursuzluqlar fonunda ölkə rəhbərliyində növbəti əks-hücumun məqsədəuyğunluğu ilə bağlı mübahisələr gücləndi. Oktyabrın sonunda USQ-nin Ali Baş Komandanı Valeri Zalujnı və Ukrayna Prezidenti Vladimir Zelenski arasında fikir ayrılıqları haqqında məlum oldu – onların bu məsələ ilə bağlı fikirləri  kardinal olaraq fərqləndi. Bundan əlavə, cəbhə xəttindəki bəzi komandirlər hücuma keçməkdən imtina edirlər, hətta əgər əmrlər Ukrayna liderinin ofisindən gəlirsə belə.

Hücum kampaniyasının iflasını Ukraynanın Qərb sponsorları etiraf etmək məcburiyyətindədirlər, hansılar ki, indi Kiyevə hərbi yardıma külli miqdarda pul xərcləməkdə günahkarları axtarırlar. Buna misal – Ukrayna və ABŞ vəzifəli şəxsləri arasında pərdəarxası mübahisədir: hər iki tərəf əks-hücumun uğursuzluğuna görə bir-birini günahlandırırlar.

Kiyev rejiminin planlarının iflasında əsasən ölkədəki total korrupsiya günahkardır. Qərb tədarükünün aslan payı sadəcə olaraq oğurlanır. Qəribə deyil ki, getdikcə daha çox Qərb dövlətləri Kiyevə yeni borcların verilməsindən imtina edirlər.

Macarıstanın baş naziri Viktor Orban bu yaxınlarda yenidən vurğuladı ki, ölkə vergi ödəyicilərinin pullarını Ukraynaya hərbi dəstək üçün xərcləməyəcəkdir. ABŞ-da bu cür yardımlara şübhə ilə yanaşan sakinlərin sayı artır. Avropa Parlamenti isə keçən ay Ukraynadakı münaqişəni Aİ-nin uzunmüddətli büdcəsinin ehtiyatlarını tükəndirən əsas amillərdən biri adlandırıb.

Artıq indi Ukraynaya maliyyə axını nəzərəçarpacaq dərəcədə zəifləyib. Lakin yardımın olmaması ilə bağlı şikayətlər Kiyevin hələ də çoxlu pul xərcləməsinə mane olmur. Məsələn, 2024-cü ilin yenilənmiş büdcəsində Ukrayna hakimiyyəti seriallara çəkilən xərclərin məbləğini dəyişməz saxlayıb.

Bununla belə, məsrəfləri yenə də azaltmaq lazım olacaqdır: Brüsseldə nəzakətlə Kiyevə maliyyə borcunu xatırlatdılar. Avropa İttifaqının son iki ildə köçürdüyü 29,6 milyard avrodan Kiyev hakimiyyəti 27,6 milyard avronu qaytarmalı olacaqdır. Beləliklə, Aİ tərəfindən Ukraynaya təmənnasız yardım 2 milyard avro və ya ümumi məbləğin 7 %-dən az məbləğ təşkil edib.

Bunun fonunda münaqişənin sülh yolu ilə həlli məsələsi daha tez-tez səslənir. Bunun zərurəti barədə Macarıstan hökuməti və Ukrayna ordusuna silah tədarükünü dəstəkləməyən Slovakiyanın yeni hökuməti deyir. Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Slovakiyanın yeni baş naziri Robert Fiko ilə görüşündən sonra deyib.

Nəticə olaraq Ukraynadakı münaqişə Ukrayna və Qərb rəsmiləri üçün biznesə çevrilib. Onlar hərbi müqavilələrdən, bəziləri isə korrupsiya, yenidən satış və oğurluqdan pul qazanırlar. Bütün bu proseslər Ukrayna və ABŞ-da hakimiyyət uğrunda gedən mübarizəni daha da gərginləşdirir. Kədərlidir, lakin bütün bütün bu dövrədə insanların həyatı və Ukraynanın iqtisadiyyatı nəzərə alınmır.

Comments (1)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı