USD1,700,00%
EUR1,85–0,08%

Qəbələdə şəhid övladları üçün yay düşərgəsi açılıb


 |  admin  | 

Peşəkar Futbol Liqası və YAŞAT Fondunun dəstəyi ilə Qəbələdə şəhid övladları üçün yay düşərgəsi açılıb. Bu il mayın 8-də tərəflər arasında imzalanmış müqavilə çərçivəsində təşkil olunan tədbirdə 8-12 yaş arası 30 şəhid övladı iştirak edib. Düşərgənin əsas məqsədi uşaqların maraqlı və faydalı istirahətini təmin etməkdir.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş layihədə tarixi-coğrafi yerlərə ekskursiyalar, əyləncəli oyunlar və futbol matçları daxildir. Tədbirlər YAŞAT Fondu, Peşəkar Futbol Liqası rəsmilərinin və ASAN könüllülərinin iştirakı ilə keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı