USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Ötən həftə Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda yenidənqurma işləri aparılan Mərkəzi Nəbatat Bağında olublar. Dövlət başçısı sərəncamları əsasında görülən işlərin gedişini yoxlayıb, onların gələcəkdə də icrası ilə bağlı bir sıra tapşırıqlar verib. Artıq bağın ərazisi 39 hektardan 44,8 hektara çatdırılıb.
Hələ 1934-cü ildə yaradılmış ərazini qaydaya salmaq üçün burada yerləşən qanunsuz tikililər, ictimai iaşə obyektləri sökülüb. Boşalan ərazilərdə müxtəlif növ yeni ağacların əkilməsi nəzərdə tutulub ki, bu da bağda toplanmış 2500 bitki kolleksiyasını tamamlayacaq.
Bir cavab yazın