USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Biləsuvar rayon polis idarəsinin əməkdaşları sanitar-gigiyenik qayda pozuntularının aşkar edilməsi məqsədilə ekoloji reydlər keçirib. Tədbirlər zamanı çoxlu sayda zibilin naməlum yerlərə atılması halları qeydə alınıb. Bir həftə ərzində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduqlarına görə 18 nəfər inzibati məsuliyyətə cəlb edilib.
Polis icazəsiz yerlərdə siqaret çəkən vətəndaşlarla da profilaktik söhbətlər aparıb. Tütün məmulatlarından istifadə və siqaret kötüklərinin atılması qaydalarını pozan 11 siqaret çəkən şəxs cərimələnib. Gələcəkdə də analoji reydlərin keçirilməsi planlaşdırılır.
Bir cavab yazın