USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Ötən həftə Bakıda Milli Dənizkənarı Parkın ərazisində ilk dəfə olaraq ultramarafon – 100 km məsafəyə qaçış keçirilib. Kişilər arasında 7 saat 37 dəqiqə 56 saniyə nəticə ilə qalib Türkiyə təmsilçisi Üzeyir Söyləməz olub. Qadınlar arasında isə Leyla Abdinova 10:57,57 nəticə ilə qalib gəlib.
Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Azərbaycan atletikasının 100 illiyinə həsr olunub. Təşkilatçılar Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və “Baku City Circuit” əməliyyat şirkəti olub.
Bir cavab yazın