USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bakıda təşkil olunan Kəlağayı festivalında ölkənin hər yerindən sənətkarlar iştirak ediblər. Sərgidə kəlağayı ilə yanaşı, milli geyimlər və digər əl işləri, o cümlədən ənənəvi Azərbaycan incəsənəti və sənətkarlığının özəl texnikası – quramdan istifadə etməklə hazırlanmış əşyalar nümayiş etdirilib.
Kəlağay — ənənəvi Azərbaycan ipək yaylığıdır. O, gözəllik, ləyaqət və sədaqət rəmzi kimi xidmət edir, ölkəmizin qədim tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirir. Təbii kəlağayı yumşaq, xoş və toxunuşda isti olur, nişan üzüyündən asanlıqla keçir.
Bir cavab yazın