USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Parisdə keçirilən Olimpiya Oyunlarında Azərbaycan komandası ümumi medal sıralamasında 24-cü yerdədir. İdmançılarımızın üzləşdiyi qərəzliyi nəzərə alsaq, bu böyük nailiyyətdir. Ümumilikdə, Fransa Oyunları yaxın tarixin ən uğursuz oyunları kimi yadda qalacaq. Olimpiya Parisində baş verənlər haqqında məqaləni oxuyun.
Paris XXXIII Yay Olimpiya Oyunlarının keçirildiyi bu günlərdə də fransızlar Azərbaycana hücum etmək vərdişlərini dəyişməyiblər. Açılış mərasiminin yayımı zamanı France 2 dövlət televiziyasının aparıcıları canlı efirdə Fransa ilə Ermənistan arasında tarixi dostluğundan danışıb və ölkəmizi İrəvana qarşı təcavüzdə ittiham ediblər.
Bununla bağlı Azərbaycanın İdman Nazirliyi və ölkənin Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə rəsmi etiraz göndərib. Qeyddə deyilir ki, dövlət kanalında səslənən qərəzli fikirlər Olimpiya Xartiyasını pozur, Oyunların ruhuna ziddir və Cənubi Qafqazda vəziyyətin sülh yolu ilə nizamlanması səylərinə zərbə vurur.
Ancaq, Paris Olimpiadasının açılış mərasimi Azərbaycandan asılı olmayaraq qalmaqallı oldu. Bütün dünyaya yayımlanan verilişdə təşkilatçılar Leonardo Da Vinçinin “Son Şam yeməyi” əsərinin transvestit aktyorların iştirakı ilə parodiyasını göstərdilər.
LGBT istehzasından qəzəblənənlər təkcə xristianlar deyil. İranın rəhbəri və ruhani lideri Ayətullah Əli Xamenei bildirib ki, İsa Məsih bütün Müsəlmanlar tərəfindən hörmətlə qarşılanır və İslam Respublikası ona qarşı təhqirləri qətiyyətlə pisləyir.
Paris Olimpiadasının qalmaqallı açılış mərasiminin baş rejissoru teatr xadimi və açıq homoseksual Tomas Jolli olub. Bu arada Fransa prezidenti Emmanuel Makron bu şübhəli səhnələşdirmədən çox razı qalıb. Deməli, bəlkə də onun qeyri-ənənəvi oriyentasiyasından danışan jurnalistlər haqlıdır.
Olimpiya məşəlinin elə estafet mərhələsində Oyunların açılış mərasiminin gey qürur paradına çevriləcəyini təxmin etmək olardı. Rəsmi dəvətdən sonra ona Minima Geste kimi tanınan Parisli transvestit Artur Reynaud da qoşuldu: o, estafetin öz hissəsini korset və 25 santimetrlik dik daban ayaqqabıda keçirdi.
Trans qalmaqalları yarışın başlaması ilə belə səngiməyib. Qadınlar arasında boks turnirinin 1/8 finalında genetik testi kişi olduğunu göstərən əlcəzairli qadın italiyalı rəqibini asanlıqla məğlub edib.
Paris Olimpiadasının təşkilatçılarının yalnız LGBT fəallarına ifadə azadlığı verməsi əlamətdardır. Məsələn, fransalı yüngül atlet Sounkamba Sillanın hicabına görə oyunların açılış mərasiminə buraxılmaması Fransada müsəlmanlara qarşı necə davranıldığını bir daha ortaya qoydu.
Üstəlik, Paris Olimpiadasının təşkilatçıları iştirakçıların təhlükəsizliyini təmin etmək barədə heç düşünməyiblər belə. Argentinalı futbolçu Tiaqo Almada məşq zamanı qol saatı və üzüyünü itirib, Braziliya futbolunun əfsanəsi Zikonun çamadanı oğurlanıb, velosiped idmanı üzrə Avstraliya milli komandasının yolda hərəkət edən mikroavtobusu sındırılıb.
Bu fonda kiçik qalmaqallar artıq təəccüblü deyil. Məsələn, Cənubi Sudan basketbol komandasının çıxışı zamanı təşkilatçılar tərəfindən başqa ölkənin himni yayımlanıb, Cənubi Koreya komandası isə KXDR komandası olaraq elan edilib.
Daha təəccüblü olanı odur ki, bizim məmurlar bu cəfəngiyyatda iştirakını davam etdirirlər. Azərbaycanın gənclər və idman naziri Fərid Qaibov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və bir çox başqaları Olimpiya Oyunlarına gediblər. Ev sahibi ölkənin Azərbaycana münasibətini nəzərə alsaq, ilk reyslə Fransanı tərk etməyə dəyərdi. Ölkəmizin nümayəndələrindən soruşmaq istəyirəm: niyə belə şeylərə dözməyə davam edirlər?
Bir cavab yazın