USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycanın tanınmış müğənnisi Nura Suri bu il 103 yaşı tamam olacaq bəstəkarın doğum günü münasibətilə Cahangir Cahangirovun məşhur “Bana bana gel” bəstəsinə klip çəkdirib. Mətnin müəllifi Zeynal Cabbarzadə, aranjimanını isə Fərid Ağa edib.
Nura Surinin kənd qızı obrazını canlandırdığı video Astara rayonunun Sım kəndində lentə alınıb. Müğənni etiraf edib ki, bu mahnı onun sevimli mahnılarından biridir və o, çoxdandır ki, onu yazdırmaq istəyir. Suri əmindir ki, yeni aranjimanla bu mahnı yayın hitinə çevriləcək.
Bir cavab yazın