USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Qərb ölkələri dünyanın müxtəlif yerlərində dövlətlərə HSK məhsullarını verməyi davam edirlər, bu da münaqişələrin kəskinləşməsinə, insan itkilərinə və iqtisadi qeyri-sabitliyə gətirib çıxarır. İsrail, Tayvan, Ukrayna, Ermənistan, növbəti kimdir?
Fevralın 15-də ABŞ Senatı Ukrayna, Tayvan və İsrailə 95 milyard dollarlıq yardımın ayrılmasına dair qanun layihəsini dəstəkləyib, hansılardan 14 milyard dollar İsrail üçün nəzərdə tutulmuşdur, hansının təqsiri üzündən Qəzzada 30 mindən çox dinc əhali həlak olmuşdur. UNICEF-in baş direktoru Ketrin Rassel bildirib ki, 48 gün davam edən amansız bombardmanlarda 5300-dən çox fələstinli uşaq həlak olub.
Lakin qərbin silahları “yerdə” vəziyyəti dəyişmək iqtidarında deyil, bunu o cümlədən Azərbaycan-Ermənistan sərhədindəki son eskalasiya, Ukraynada müharibə və dayanaqlı fələstinlilər göstərdi.
Belə ki, Qərbin əhəmiyyətli dəstəyinə baxmayaraq, Ukrayna Rusiya ilə münaqişədə dönüş nöqtəsinə çatmayıb. Ukrayna ordusu qansızlaşdırılıb: iki illik döyüşlərdə onun itkiləri təxminən 500 min nəfər təşkil edib.
Məhz bu ilin əvvəlindən USQ hər gün 120 vahidə qədər müxtəlif silahlar itirir. Qərb ölkələrinin Kiyevə köçürdüyü texnika döyüş meydanındakı mənzərəni dəyişmək iqtidarında deyil. 100 Leopard 2 tankından ən azı 26-sı məhv edilib. Amerika texnikasının vəziyyəti də yaxşı deyil: cəmi bir həftə ərzində qiymətli və uzun müddət cəbhə xəttinə göndərmədikləri 31 Abrams tankından dördü metal qırıntılarına çevrildi. 50-dən çox Bradley zirehli maşınları ilə eyni vəziyyət baş verdi.
Buna baxmayaraq, ABŞ və Aİ-nin hakim dairələri öz taktikalarını dəyişmir. Bunun üçün də onların öz düşüncələri var.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qiymətləndirmələrinə görə, son beş ildə Vaşinqton əvvəlki beş illik dövrlə müqayisədə digər ölkələrə silah tədarükünü 17%-dək artırıb. SIPRI-nin silah tədarükünə həasr olunmuş proqramının direktoru Metyu Corcun sözlərinə görə, indi ABŞ əvvəlkindən daha çox ölkəyə daha çox silah ixrac edir.
ABŞ-ın silah tədarükçüsü kimi qlobal rolunun artması haqqında USQ-nə Amerika dəstəyi də deyir. İki il ərzində Ağ Ev Zelenskiyə 60 tranşdan çox hərbi yardım köçürüb. Dövlət Departamentinin dekabr ayı hesabatına görə, bu məbləğ 44,2 milyard dollara çatıb.
Kiyevə silahı Aİ ölkələri də tədarük edir. Belə ki, Ukrayna Müdafiə Nazirliyi Polşanın HSK şirkətləri ilə təxminən 750 milyon avro dəyərində 43 müqavilə bağlayıb. Aydındır ki, hərbi sənayeçilər münaqişənin uzanmasında maraqlıdırlar və milli hökumətlər səviyyəsində öz maraqlarını lobbiləşdirirlər.
Lakin qərb dövlətləri Ukraynaya yalnız uzaqdan kömək etməyə hazırdırlar. Martın əvvəlində Fransa Prezidenti Emmanuel Makron Ermənistana silah tədarükünə qısa müddətə fasilə verdi və bildirdi ki, NATO hərbi qüvvələrinin Ukraynaya göndərilməsini istisna etmir, yoldaşlarından heç biri onu dəstəkləmədi.
Bir sıra qərb dövlətlərinin nümayəndələri bilavasitə bu avantüranın əleyhinə çıxış etdilər. Belə ki, Slovakiya parlamentinin spikeri Peter Pelleqrini bildirdi ki, onun ölkəsi heç bir şərtlərdə Ukraynaya bir dənə də əsgər göndərməyəcəkdir. ABŞ Konqresinin senatoru Mayk Li isə daha da irəli getdi: onun sözlərinə görə, əgər Alyans münaqişəyə birbaşa qarışacaqsa, Ştatlar NATO-dan çıxmalıdır.
Oxşar vəziyyət indi bizim regionda da baş verir. ABŞ, Fransa və digər Aİ ölkələri Ermənistana silah, hərbi texnika, təlimatçılar göndərirlər, münaqişə baş verəcəyi təqdirdə hər cür dəstəyin verəcəyini vəd edirlər.
Ümid etmək qalır ki, gec və ya tez ağlın səsi qalib gələcəkdir, yoxsa, tarix göstərdiyi kimi, ədalət zəfər çalacaqdır.
Bir cavab yazın