USD1,700,00%
EUR1,85–0,08%

Naftalanda yeni tapıntılar


 |  admin  | 

Arxeoloqlar Naftalandakı Qalaboyn tarixi abidəsinin ərazisindən təxmini Əhəmənilər dövrünə aid sarayın divarlarının fraqmentləri aşkar ediblər. Divarların eni 1,80-1,90 sm, ölçüsü 37x37x9-10 sm olan samanlı iri çiy kərpicdən ibarətdir. Binanın içərisində kənarları səliqə ilə yonulmuş, qalınlığı 15-30 sm olan ağ davamlı daşlardan plitələr də aşkar edilmişdir.

Qalaboyn abidəsi hündürlüyü 10 metrdən çox olan təpədə yerləşir və 3 hektar ərazini əhatə edir. 2020-ci ildə qeydə alınıb, sonra ilkin arxeoloji tədqiqatlar aparılıb. Qəsəbə Azərbaycanda bu tipli üçüncü abidədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı