USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Milli İncəsənət Muzeyində numizmat alim Rüstəm Hüseynovun Şəki xanlığının sikkələri ilə bağlı mühazirəsi keçirilib. Mühazirədə Şəki sikkələrinin müxtəlif növləri, onların yaranma tarixi və əhəmiyyətindən danışılıb. Bundan əlavə, yüksək tarixi dəyərə malik nadir nümunələr, o cümlədən nadir gümüş Abbasi nümayiş etdirilib.
Müasir Azərbaycanın şimal-qərbində 18-ci əsrin ortaları-19-cu əsrin əvvəllərində mövcud olmuş Şəki xanlığının sikkələri tarixdə əhəmiyyətinə baxmayaraq, zəif tədqiq edilmişdir. Öz sikkəsinin zərb edilməsi dövlət hakimiyyətinin və suverenliyin ən mühüm rəmzlərindən biri idi.
Bir cavab yazın