USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycanda idmanın və idmançıların populyarlaşdırılmasına yönəlmiş Milli Televiziya İdman Filmləri və Proqramları Festivalı başlayıb. Nüfuzlu münsiflər heyəti gələn ilin əvvəlində müxtəlif janrlar üzrə qalibləri elan edəcək.
Olimpiya çempionu, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinovanın rəhbərlik etdiyi münsiflər heyətinə ölkəmizin idmançıları və mədəniyyət xadimləri daxil olublar. Festivalda 2022-2024-cü illərdə yaradılmış idman və onun nümayəndələri haqqında sənədli və bədii filmlər, televiziya proqramları, reklam və tanıtım çarxları təqdim olunacaq.
Bir cavab yazın