USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bu həftənin əvvəlindən Bakı Metropoliteni payız-qış iş rejiminə keçib. Həftə içi “yaşıl” və “qırmızı” xətlərdə hərəkətin ən qısa fasilələri (2 dəqiqə) pik saatlara – saat 07:00-dan 10:00-a və 17:30-dan 19:30-a kimi nəzərdə tutulub. Gecələr interval 3 dəqiqədən olacaq.
Bildirilir ki, şənbə günləri saat 7:00-dan 21:00-dək qatarlar arası interval 2,5 dəqiqə, bazar günləri isə Həzi Aslanov-28 May hissəsində 3 dəqiqə olacaq. Xətai-Cəfər Cabbarlı hissəsində isə hər hansı dəyişiklik nəzərdə tutulmur.
“Bənövşəyi” xətt üçün qrafikdə “Avtovağzal – 8 Noyabr” və “Xocəsən-Avtovağzal” bölmələrində müvafiq olaraq 8 və 16 dəqiqəlik intervallar müəyyən edilib.
Bir cavab yazın