USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
2023-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) mənfəəti 349,1 milyon manat, aktivləri isə 13 faizə yaxın artaraq 34,7 milyard manat təşkil edib. Əsas mənfəət mənbəyini faiz gəlirlərinin artımı təşkil edib ki, bu da ötən il 2,3 dəfə artaraq 515,3 milyon manata çatıb.
Ötən il AMB dövlət büdcəsinə vəsait köçürməyib. Azərbaycan hökumətinin proqnozuna görə, 2024-cü ildə tənzimləyici büdcəyə 250 milyon manat köçürəcək. Maliyyə Nazirliyindən verilən məlumata görə, dövlət büdcəsinin 3,7 milyard manat əlavə maliyyə ehtiyacının dövlət qurumlarının gəlirlərinin və mövcud vəsaitlərinin artırılması hesabına ödənilməsi nəzərdə tutulur.
Bir cavab yazın