USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Martın 6-dək Azərbaycan Milli Xalça Muzeyində əməkdar rəssam, qobelen ustası Adil Şıxəliyevin “Mənim Vətənim” adlı fərdi sərgisi açılır. Tədbir rəssamın yaradıcılığının 50 illiyinə həsr olunub. Sərgidə ümumilikdə 30-a yaxın qobelen, o cümlədən Abşeron mövzusunda hazırlanmış “Nar bağı”, “Mamırlı daşlar”, “Abşeron” və “Qızıl balıq” nümayiş olunur.
Ekspozisiyada ölkəmizdə mühüm tarixi hadisələrə həsr olunmuş “Qarabağdan məktub”, “Zəfər yolu”, “Şuşa” (triptix), “Vətənim”, “Şuşada Toy” əsərləri, həmçinin “Heydər Əliyev” portreti və milli ornamentlərlə zənginləşdirilmiş “Köçmə” qobelenləri sərgilənir. Bundan əlavə, ziyarətçilər sənətkarın təbii boyalarla rənglədiyi və bitkinin boyanmasında istifadə olunan ipləri görə bilərlər.
Bir cavab yazın