USD1,700,00%
EUR1,85–0,08%

Mədəni irs forumu başa çatıb


 |  admin  | 

Paytaxtın Gülüstan sarayında ilk dəfə mədəni irs forumu keçirilib. Tədbirdə tanınmış tarixçilər, alimlər, arxeoloqlar, rəssamlar, memarlar, heykəltəraşlar, sənətkarlar, eləcə də mətbuat və Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində baş tutub. Təşkilatçılar Azərbaycan Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu idi.

Müzakirələr zamanı Qarabağ və Şərqi Zəngəzurda ümumilikdə 705 abidənin qeydə alındığı xüsusi vurğulanıb. 2020-ci ildən iki il ərzində Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən 433 tarix və mədəniyyət abidəsinə baxış keçirilib. İşğal zamanı 47 abidə dağıdılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı